Bu hava yolu şirkəti 7.1 milyard avro zərərə uğradı | Banco.az

Bu hava yolu şirkəti 7.1 milyard avro zərərə uğradı

Tamara Mustafayeva, Banco.az

Fransa və Hollandiyanın müştərək hava yolu şirkəti Air Fransa-KLM ötən ili zərərlə başa vurub.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Air Fransa-KLM şirkətindən edilən açıqlamaya görə, ötən il şirkətin dövriyyəsi əvvəlki ilə nəzərən 59% azalaraq 11.1 milyard avro olub. Pandemiyanın təsiri ilə şirkətin ötən il 7.1 milyard avro zərərə uğradığının da vurğulandığı hesabatda pandemiya dövrünün bu vaxta qədər misli görülməmiş ziyana səbəb olduğu qeyd edilib.

Həmçinin bildirilib ki, ötən il aviareyslər zamanı sərnişin sayı da 67,3% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et