Bu halda vətəndaşlara 1500 manat veriləcək – AÇIQLAMA | Banco.az

Bu halda vətəndaşlara 1500 manat veriləcək – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Hazırda Azərbaycanda idxal edilən avtomobillər üçün utilizasiya haqqı istehsal tarixinə görə dəyişir.

Banco.az xəbər verir ki, bu məbləğ, istehsal tarixi 4 ildən 7 ilə qədər olanlar üçün 400 manat, 7 ildən yuxarı olanlar üçün isə 700 manat təşkil edir. Texniki baxış zamanı isə bu ödəniş avtomobilin istehsal ilindən asılı olaraq 10 manatdan 40 manata qədərdir.

Avtomobillərin utilizasiya prosesi bu ildən etibarən başlayıb və bu gün bu utilizasiya prosesini sadələşdirmək üçün yeni elektron portal istifadəyə verilib.

Məsələ barədə açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, istər istismarda olsun, istər istismarda olmayan köhnə maşınını avtomobilini utilizasiyaya vermək istəyən vətəndaş həmin portala sayta daxil olub,  rahatlıqla bütün prosedurları orada həyata keçirə bilər.

Ən sərfəli kredit üçün müraciət et

“Bu halda köhnə minik avtomobilini utilizasiyaya verən şəxsə 1500 manat dəyərində vauçer təsdiq sənədi verilir. Vətəndaş həmin sənədlə Azərbaycanda fəaliyyət göstərən yerli istehsalı və yığımı olan avtomobillərin satışı mərkəzinə yaxınlaşır. Rəsmi dilerə həmin vauçeri təqdim etdikdən sonra  güzəştli şərtlərlə yeni avtomobilini əldə edə bilər”.

Ekspert  onu da qeyd edib ki, avtomobil almaq istəməyən vətəndaş həmin o verilən 1500 manat məbləğin 70 faizini məbləğ kimi götürə biləcək.