Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Tik-Tok”un və İnstagramın alqoritimləri yalnız insanların reaksiyalarını nəzərə almır. Burada yazılan şərhlər və edilən bəyənmə sayı da vacibdir”.
Banco.az-ın məlumatına görə, bunu Rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer Rəqsanə Məmmədova deyib. Ekspertin fikrincə, sosial şəbəkələrdə video sona qədər baxılmadığı halda, alqoritm onu “kəşf et”ə salmır:
“Elə bu məqsədlərə çatmaq üçün, bəyənmə və şərhlərin artırılması xidmətini təklif edən servislər var.Onların bu xidmətindən yararlanmaq üçün beş,on dollar pul ödəyib videonun bəyənmə sayını artırmaq olar”.
Ekspert bu addımı yanlış hesab edir. Səbəb də odur ki, videolara sona qədər baxılmır:
“Hətta bunun zərəri də var. Çünki alqoritm görür ki, bəyənmə sayı var, amma videoya sona qədər baxan yoxdur. Nəticədə videonun reytinqini aşağı salır. İstifadəçilərə məsləhətim odur ki, belə servislərdən istifadə edib, boş yerə pul itirməsinlər”.
Bizi sosial şəbəkələrdən izləyin!!