Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Qeyri-rəsmi məlumatlara görə, Bakı və Abşeron bölgələrində çıxarışı olmayan yüzminlərlə fərdi yaşayış evi mövcuddur.
Son günlər bu sahədə vətəndaşların narahatlıqlarını nəzərə alaraq dövlət tərəfindən müəyyən addımlar atılmaqdadır.
Bu barədə Banco.az-a açıqlama verən daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev “Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bu evlərin çıxarışla təmin edilməməsinin əsas səbəbi onların kənd təsərrüfatı və ya digər təyinatlı torpaq sahələrində tikilməsidir.
“Bəzi hallarda torpağın təyinatının dəyişdirilməsi məsələsi müzakirə olunsa da, yaşayış məntəqəsi təyinatlı torpaqlara çevrildikdən sonra həmin ərazilərdə tikilən evlərə çıxarış verilməsi mümkün ola bilər. İndiyədək bu istiqamətdə müəyyən addımlar atılıb, lakin uzun illərdir bu prosesin həyata keçirilməməsinin əsas səbəbi müvafiq hüquqi mexanizmlərin olmaması idi," - deyə ekspert qeyd edib.
Elnur Fərzəliyev vurğulayıb ki, bəzi ərazilərdə qanunlara zidd olaraq tikilən yaşayış massivləri mövcuddur. Bu ərazilərin qadağan olunmuş zonalarda yerləşdiyi üçün onların üzərində tikilən evlərə çıxarış verilməsi hazırkı qanunvericilik çərçivəsində mümkün deyil.
Ekspertin fikrincə, bu məsələnin həlli üçün mövcud qaydaların təkmilləşdirilməsi və torpaq təyinatlarının uyğun şəkildə dəyişdirilməsi zəruridir.