Bu günün diqqətli BANKLARI | Banco.az

Bu günün diqqətli BANKLARI

Tarixən yazıçılar xalqın ən dəyərli  nümayəndələri hesab olunub. Onlar söz sənətinin inciləridir. Tarixin müxtəlif dövrlərində insanlari, onlarin hislerini və dövrün problemlərini qələmə alan söz ustalari cəmiyyətin gələcəyinə işıq tutan şəxslərdir. 

Qələm əhli hər zaman öz söz azadlıqlarına müdaxilələrə fikir vermədən yazıb yaratmışlar. Bu istər dünyada, istərsə də Azərbaycanda hər zaman belə olmuşdur.

Bu gün - 3 mart dünyada ümumdünya yazıçılar günü (World Day of the writer) kimi qeyd edilir.

Yazıçılar bayramı haqda qərar ilk dəfə 1986-cı ildə Beynəlxalq PEN Klubunun (International PEN Club) 48-ci Konqresində verilib.  1921-ci ildə London şəhərində yaradılan PEN klubun ideyası ingilis yazıçısı Ketrin Emi Doyson-Skotta məxsus olub.

Ən sərfəli kredit üçün müraciət et

Bir neçə banklarımız da bu günü unutmayıb. Azər Türk Bank, Beynəlxalq Bank və Atabank bu günün dəyərini anlayaraq facebook səhifələrindən bütün yazıçıların peşə bayramını təbrik ediblər.