Bu gündən Rabitəbank kart sahibləri 190 AZN birdəfəlik sosial müavinətlərini alacaqlar | Banco.az

Bu gündən Rabitəbank kart sahibləri 190 AZN birdəfəlik sosial müavinətlərini alacaqlar

13 may tarixindən etibarən vətəndaşların kart hesabına birdəfəlik müavinətlər köçürülməyə başlanıldı.

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə may ayında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur.

Ötən həftə Rabitəbank tərəfindən 28.500 nəfərdən çox vətəndaşa birdəfəlik ödəmələrin təqdim olunması üçün verilən lokal plastik kartlara bu gündən etibarən vəsaitin köçürülməsinə başlanıldı.

Vətəndaşlar onlar üçün təyin olunmuş müavinətləri istənilən Rabitəbank ATM-lərindən nağdlaşdıra biləcəklər.

Rabitəbank, Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-ı, Rabitəbank Mobile adlı mobil əlavəsi, İnternet Bankinq və RabitaBot adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et