Bu gündən Formula yarışlarına görə bir sıra yollar bağlanır | Banco.az

Bu gündən Formula yarışlarına görə bir sıra yollar bağlanır

Bu gündən etibarən Formula 1 yarışlarının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

Hərəkət 14 iyun, səhər saatlarından etibarən bərpa olunacaq.

Qeyd edilib ki, nəqliyyata məhdudiyyət 3 zonada tətbiq ediləcək. İçərişəhər ərazisi, Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinin yerləşdiyi ərazidir.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində Bakıda baş tutacaq.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram