Bu gündən «AG Bank» və «NBC Bank»dakı əmanətlər qaytarılır | Banco.az

Bu gündən «AG Bank» və «NBC Bank»dakı əmanətlər qaytarılır

Bu gündən – iyunun 16-dan etibarən “AG Bank” və “NBC Bank”dakı əmanətlərin sahiblərinə kompensasiyaların verilməsinə başlanılır.

Əmanətlərin Sığortalanması Fondunun verilən məlumatına görə, əmanətlərin qaytarılması üçün agent bank olaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib, yəni əmanətlər bu bankın filiallarında qaytarılacaq.

Əmanətlərin Sığortalanması Fondu pulların qaytarılacağı ünvanları da açıqlayıb.

“AG Bank” və “NBC Bank”dakı əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna uyğun olaraq kompensasiya ediləcək, qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada ödəniləcək.

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması üçün əmanətlər iki mərhələdə qaytarılacaq:

Məbləği 30 min manatadək olan (30 min manat daxil olmaqla) əmanətlər üzrə ərizələrin qəbulu və kompensasiyanın verilməsi iyunun 16-dan başlayır.

Daha böyük əmanətlər üçün isə bu müddət iyulun 15-də başlayacaq.

Kompensasiya almaq üçün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filiallarına müraciət edən əmanət sahibləri əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan cıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim etməlidir.

Qorunan əmanətçilər hesabdan çıxarışları “AG Bank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Cəlil Məmmədquluzadə küç., 102A ünvanında yerləşən baş ofisi, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından ala bilərlər.

“NBC Bank” ASC-nin əmanətçiləri isə hesabdan çıxarışı Bakı şəhərində yerləşən filialları üzrə Nərimanov rayonu, Müzəffər Nərimanov küç., məhəllə 2054 ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından əldə edə bilərlər.

Qorunan əmanətçilər ərizə formalarını 16 iyun 2020-ci il tarixindən etibarən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin müvafiq filiallarından və ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilərlər.

Əmanətlər aşağıdakı ünvaknlarda qaytğarılacaq:

LƏĞV PROSESİNDƏ OLAN “AG BANK” ASC-də

QORUNAN ƏMANƏTÇİLƏRƏ KOMPENSASİYALARIN VERİLMƏSİ ÜZRƏ

“AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” ASC-nin FİLİAL ŞƏBƏKƏSİ

 

 

 

Sıra №

“AG Bank” ASC-nin  filialları

Filialların ünvanı

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filialları

Filialların ünvanı və əlaqə nömrəsi

BAKI ŞƏHƏRİ ÜZRƏ

  1

VİP filialı

İçəri Şəhər, Qüllə küç., 16

MXD (Baş ofis)

 

Nizami küç.,  67

  3

Baş ofis

C. Məmmədquluzadə küç., 102A

Xətai filialı

Nobel pr., 23

  4

Sahil filialı

Azadlıq pr., 64

Abşeron filialı

İzmir küç., 1033

  6

Nəsimi filialı

S. Vurğun küç., 116

Nəqliyyat filialı

 

S.Rəhimov küç., 38

  7

Elmlər filialı

İ.Qutqaşınlı küç., 89

Yasamal filialı

İnşaatçılar pr., 44, 533-cü məhəllə

  8

Kaspian filialı

Cəfər Cabbarlı küç., 44

Bakıxanov şöbəsi

Məmmədcəfər Cəfərov küç., 28

  9

Nərimanov filialı

Koroğlu Rəhimov küç., 3A

Nərimanov filialı

Akademik Həsən Əliyev küç., 94

10

Qaradağ filialı

Salyan şosesi, “Şelflayihətikinti” İB-nin ərazisi

Qaradağ filialı

Neftçi Qurban Abbasov küç., 29

11

Uğur filialı

Lökbatan qəs., "Yeni Bazar" ticarət kompleksinin ərazisi

Mətbuat şöbəsi

Mətbuat pr., 23M

12

Mərkəz filialı

Əziz Əliyev küç., 9

 

 

 

 

Səbail filialı

 

 

 

 

210-cu məhəllə, Lev Tolstoy küç., 191

13

Xətai filialı

Yusif Səfərov küç., 23a

14

Yasamal filialı

Ə. Haqverdiyev küç., 574-cü məhəllə, 5 saylı bina

15

Çıraq şöbəsi

Ə. Cəlilov küçəsi 14/1

REGİONLAR ÜZRƏ

16

Ağdaş filialı

Ağdaş ş.,

Heydər Əliyev pr., 103

Ağdaş filialı

Ağdaş ş.,

Heydər Əliyev pr., 103

17

Sumqayıt filialı

Sumqayıt ş.,

Sülh küç., 30c-u kvartal.

Sumqayıt filialı

Sumqаyıt ş.,

S. Vurğun küç., 112/14

18

Gəncə filialı

Gəncə ş.,

Heydər Əliyev pr., 125

Gəncə filialı

Gəncə ş.,

Heydər Əliyev pr., 696

19

Salyan filialı

Salyan ş.,

T. Xəlilbəyli küç., 77

Salyan şöbəsi

Salyan ş.,

Heydər Əliyev küç., 103

20

Yevlax filialı

Yevlax ş.,

Heydər Əliyev pr., 28

Yevlax filialı

Yevlax ş.,

Heydər Əliyev pr., 27

21

Şamaxı filialı

Şamaxı ş.,

Şirvani küç., 67

Şamaxı filialı

Şamaxı ş.,

M. Ə. Rəsulzadə küç., 85

Ən sərfəli kredit üçün müraciət et

LƏĞV PROSESİNDƏ OLAN “NBC BANK” ASC-də

QORUNAN ƏMANƏTÇİLƏRƏ KOMPENSASİYALARIN VERİLMƏSİ ÜZRƏ

“AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” ASC-nin FİLİAL ŞƏBƏKƏSİ

 

 

 

Sıra №

“NBC Bank” ASC-nin  filialları

Filialların ünvanı

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filialları

Filialların ünvanı və əlaqə nömrəsi

BAKI ŞƏHƏRİ ÜZRƏ

  1

Sahil filialı

Nizami küç., ev 68

MXD (Baş ofis)

 

Nizami küç.,  67

  2

Nəsimi filialı

Azadlıq pr., 81

Nəsimi filialı

28 may küçəsi, 21A

  3

Mərkəz filialı

Ş. Mustafayev küç., 27/121

Nəqliyyat filialı

 

S.Rəhimov küç., 38

  4

1 saylı filial

Füzuli küçəsi, 73

Bakıxanov şöbəsi

Məmmədcəfər Cəfərov küç., 28

  5

Gənclik filialı

F.X.Xoyski küçəsi, 104A

Nərimanov filialı

Akademik Həsən Əliyev küç., 94

  6

Yasamal filialı

H.Cavid pr., 30, 558-ci məhəllə

Qaradağ filialı

Neftçi Qurban Abbasov küç., 29

  7

Baş ofis

Müzəffər Nərimanov küç., məhəllə 2054

 

 

 

Sənaye filialı

 

 

 

Babək pr., 1145-ci məhəllə

  8

Babək filialı

Babək pr., 2199-cu məhəllə

  9

Əhmədli filialı

Məhəmməd Hadı küç., 41

REGİONLAR ÜZRƏ

10

Sumqayıt filialı

Sumqayıt ş., 3-cü mkr.,

Heydər Əliyev pr., 22/54

Sumqayıt filialı

Sumqаyıt ş.,

S. Vurğun küç., 112/14

11

Gəncə filialı

Gəncə ş., Heydər Əliyev pr. 505

Gəncə filialı

Gəncə ş.,

Heydər Əliyev pr., 696

12

Lənkəran filialı

Lənkəran ş.,

Mir-Mustafaxan küç., ev 30

Lənkəran filialı

Lənkəran ş.,

Ş. Axundov küç., 16

13

Şəki filialı

Şəki ş.,

M.Ə.Rəsulzadə pr., 180

Şəki filialı

Şəki ş.,

Heydər Əliyev küç., 61A

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et