Bu gün və sabah əksər Avropa və ABŞ birjalarında ticarət aparılmayacaq | Banco.az

Bu gün və sabah əksər Avropa və ABŞ birjalarında ticarət aparılmayacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bu gün və sabah əksər Avropa və ABŞ birjalarında ticarət aparılmayacaq.

Banco.az xəbər verir ki, Milad bayramı ilə əlaqədar bu gün dünyanın bir çox ölkəsində, xüsusilə Avropa və ABŞ-da fond birjaları bağlı olacaq.

London Fond Birjasında Milad və “Boxing Day” (Hədiyyələşmə günü) bayramları ilə əlaqədar dekabrın 25 və 26-da  ticarət olmayacaq.

25 dekabr bazar ertəsi və 26 dekabr çərşənbə axşamı Avropanın aparıcı bazarlarından biri olan “Eurex”də bütün törəmə alətlər üzrə ticarət və klirinq həyata keçirilməyəcək.

“Euronext”ə bağlı olan Amsterdam, Brüssel, Dublin, Lissabon, Milan, Oslo, Paris və Afina, Madrid, Praqa, Varşava və Sürix birjalarında da dekabrın 25-i və 26-da ticarət olmayacaq.

Nyu-York Fond Birjasında (NYSE) və “Nasdaq”da isə təkcə bu gün, dekabrın 25-də ticarət olmayacaq.

Skandinaviya birjaları Kopenhagen, Stokholm, Helsinki və İslandiya həm bu gün, həm də sabah bağlı olacaq.

Honkonq Birjası da bu gün və sabah ticarət üçün bağlanacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram