Bu gün Ümumdünya Mobil Konqresi öz işinə başlayır | Banco.az

Bu gün Ümumdünya Mobil Konqresi öz işinə başlayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ümumdünya Mobil Konqresi “texnologiyada sürət” mövzusu ilə bugün öz qapılarını ziyarətçilərin üzünə açır.

Banco.az xəbər verir ki, bugün Ümumdünya GSM Assosiasiyası (GSMA) tərəfindən təşkil edilən Ümumdünya Mobil Konqresi (MWC) İspaniyanın Barselona şəhərində öz işinə başlayır.

Fevralın 27-dən martın 2-dək davam edəcək tədbirdə 200 ölkədən 2000 şirkət iştirak edir.

Qlobal mobil operatorların, cihaz istehsalçılarının, texnologiya provayderlərinin və proqram tərtibatçılarının geniş iştirakı ilə keçirilən tədbir Barselonadakı Fira Gran Via adlı biznes rayonunda baş tutacaq.

Qeyd edək ki, 80 min ziyarətçinin iştirakı gözlənilən Konqresin bu ilki əsas mövzusu sürətdir. GSMA-nın baş direktoru Con Hoffman əsas mövzu ilə yanaşı, həmçinin 5G, virtual reallıq, FinTech və rəqəmsallaşma mövzularının da müzakirə ediləcəyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et