“Mebel sənayesi ümumi sənayenin aparıcı istiqamətlərindən biridir və bu sahədə xeyli irəliləyişlər əldə edilib”.
Bu barədə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Xırdalan şəhərində fəaliyyətə başlayan mebel istehsalı müəssisəsinin açılışında deyib.
O vurğulayıb ki, bu ilin 7 ayında qeyri-neft sənayesi 15,8 faiz, mebel sənayesində 33,6% artım əldə edilib.
S.Məmmədovun sözlərinə görə, bu gün ölkədə yaradılmış əlverişli mühit sahibkarların işini stimullaşdırır: “Yeni müəssisəslərin fəaliyyətə başlaması ilə yeni iş yerləri açılır. Bu isə hədəflərə nail olunduğumuzun göstəricisidir”.
Report.az