Bu gün Google yeni smartfonunu təqdim edəcək | Banco.az

Bu gün Google yeni smartfonunu təqdim edəcək

Bu gün yerli saatla 18:00-da Google yeni məhsulunu təqdim edəcək.

Google şirkəti Pixel adlı smartfonun 4-cü nəslini bu gün təqdim edərək telefonun funksionallığı ilə son günlərdə bazarda satış payını artıran markalara meydan oxuyacağı təxmin edilir.

Pixel 4  P-OLED ekrana və 5.7 inch (83.8 cm2) ekran ölçüsünə sahib olan Google smartfonlarının yaddaş tutumları 6GB/64GB və 6GB/128GB olacaq.

Mediaya sızan məlumata görə, Qualcomm Snapdragon 855 olan Pixel 4 həm standart, həm də XL versiyada olacaq. Dəqiq olan xüsusiyyətlərdən biri "admiral gəminin" Android 10 əməliyyat sistemi ilə təmin edilməsilə yanaşı həm də Motion Sense və Face Unlock özəlliklərinin olmasıdır.  Belə ki, bu özəlliklər sayəsində telefona gələn zəngləri və zəngli saatı idarə etmək, hansısa media fayllarını dəyişmək mümkün olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Google Pixel 4 smartfonunun təqdimat videosunda bu özəlliklər də təqdim edilib. Təqdimat videosunu izləmək üçün linkə keçid edə bilərsiniz: Google Pixel 4 təqdimat videosunu izlə

Google Pixel 4 smartfonunun batareya gücü 2800 mAh, Pixel 4 XL-də isə 3800 mAh olacağı və 5G şəbəkəsini dəstəkləyəcəyi bildirilir.

18:00-da başlayacaq təqdimatda Pixel 4 ilə yanaşı Google şirkətinin digər məhsullarını da təqdim ediləcəyi gözlənilir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et