Bu gün Google-un 19 yaşı olur | Banco.az

Bu gün Google-un 19 yaşı olur

GOOGLE-un qurucularından biri Sergey Brin əslən rusiyalı mühacirdir. GOOGLE-un digər qurucusu Larri Peyc Sergeylə 1995-ci ildə ABŞ-ın Stanford universitetində tanış olub. Bu iki gəncin elmi araşdırmalarının əsasını gündən-günə böyüməkdə olan nəhəng internet məkanında lazımi informasiyanın ən qısa və effektiv şəkildə əldə edilməsi üçün tələb olunan axtarış sistemlərinin yazılması təşkil edirdi.

1996-cı ilin yanvarında onlar Backrub adlanan axtarış sistemini proqramlaşdırmağa başladılar. Bu sistem kiçik miqyasda test edildi və onun axtarış probleminə gətirdiyi unikal həllər mütəxəssislərin təqdirini qazandı. Larri və Sergey 1998-ci ilin ilk yarısında internetdə inqilab yaradacaq layihələrin həyata keçirilməsi üçün öz fəaliyyətlərini gücləndirdilər. Onlar icad etdikləri yeni texnologiyanı GOOGLE adlandırdılar.

Ən sərfəli kredit üçün müraciət et

Google riyazi termindir və 1 rəqəminin arxasında 100 sıfırı ifadə edir. Bu termindən istifadə etməklə onlar təqdim etdikləri texnologiyanın sonsuz imkanlarını ifadə etmək istəyirlər. Dostlar 1 terabayt həcmində olan kompyuter harddiskini güzəştli qiymətə alırlar və tələbə yataqxanasında Larrinin otağını GOOGLE-un informasiya bazasının mərkəzi kimi istifadə etməyə başlayırlar.

Google-un aldığı şirkətlər

Infographic: Google's 10 Biggest Acquisitions  | Statista

Hazırda dünyanın ən bahalı ikinci brendidir

Infographic: The World's Most Valuable Brands | Statista

Ən sərfəli krediti almaq üçün müraciət et