Bu gün Fed faiz qərarını açıqlayacaq - NƏ GÖZLƏNİLİR? | Banco.az

Bu gün Fed faiz qərarını açıqlayacaq - NƏ GÖZLƏNİLİR?

Bu gün ABŞ Mərkəzi Bankının (Fed) Federal Açıq Bazar Komitəsinin (FOMC) Noyabr iclası başa çatacaq.

Fed Bakı vaxtı ilə saat 23:00-da faiz qərarını açıqlayacaqdır. 

İqtisadçılar Fed-in faiz dəyişikliyinə getməyəcəyini və faizi 2,25-də saxlayacağını gözləyirlər.

ABŞ iqtisadiyyatında güclü iqtisadi artım və inflyasiyanın yüksəlməyə başlaması ilə 2018-də üç dəfə faiz artıran Fed-in, Dekabr ayında da faiz artıracağı gözlənilir. Fed rəsmilərinin proqnozuna görə, 2019-da daha iki dəfə faiz artırlacaqdır.

Analitiklər bildirirlər ki, Fed-in "şahin" mövqeyini qoruması dolları böyük bir ehtimalla dəstəkləyəcəkdir.  İnflyasiya təzyiqinin artması və iqtisadiyyatın həddən artıq "qızması" riski səbəbilə ABŞ-da faizin artırılmasına ehtiyac var. 

Vaxt

Valyuta

Hadisə

Proqnoz

Əvvəlki

23:00

  USD

Federal Açıq Bazar Komitəsinin (FOMC) Açıqlaması

 

 

23:00

  USD

Federal Fond Hədəf Nisbəti

2,25%

2,25%

 

Ən sərfəli kredit üçün müraciət et

Marja.az