Bu gün də banklar dolları ucuzlaşdırdı | Banco.az

Bu gün də banklar dolları ucuzlaşdırdı

Bu gün də banklarda  Dolların ucuzlaşması müşahidə olunur.

Dünən 1 dolları 1.96 manata satan AmrahBank bu gün 1.9450 manata salıb.
Dünən ilə müqayisədə 1 dolların satış qiymətini Bank of Baku 1.97 manatdan 1.95 manata, Bank BTB 1.97 manatdan 1.9550 manata, Caspian Development Bank (CDB) 1.9930 manatdan 1.97 manata, Yapı Kredi Bank Azərbaycan 1.9640  manatdan  1.9550 manata, AGBank 1.97 manatdan 1.9650 manata, Muğanbank 1.9750 manatdan 1.9550 manata endirib.
Qeyd edək ki, dünən hərracda ABŞ Dolları Manata qarşı cüzi bahalaşsa da banklar Dolları ucuzlaşdırmışdılar.
Qeyd edək ki, bəzi banklarda Dolların satış qiyməti 1.99 manatı keçmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et