Bu gün Çində "Covid"lə bağlı mətbuat konfransı keçiriləcək | Banco.az

Bu gün Çində "Covid"lə bağlı mətbuat konfransı keçiriləcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin bu gün tətbiq edəcəl Kovid tədbirləri ilə bağlı mətbuat konfransı keçirəcək.

Banco.az xəbər verir ki, Milli Səhiyyə Komissiyasının, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Milli Administrasiyanın və Çin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin nümayəndələri bu gün saat 15:00-da brifinq keçirəcəklər.

Koronavirusun qarşısının alınması və nəzarət tədbirlərinin həyata keçirilməsi ilə bağlı müzakirələrin aparılacağı brifinqdə “Sıfır-Kovid” siyasətinin başa çatdığının və ya yumşalma olacağının elan edilməsi gözlənilir.

Xatırladaq ki, yoluxma sayının artması səbəbindən ölkədə tətbiq edilən karantin tədbirləri iqtisadiyyatın bir çox sektorlarında durğunluğa, əksər xarici şirkətlərin də buradakı fəaliyyətini müvəqqəti dayandırmasına gətirib çıxarıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et