Bu gün Çexiyada ölkə tarixinin ən böyük tətili planlaşdırılır | Banco.az

Bu gün Çexiyada ölkə tarixinin ən böyük tətili planlaşdırılır

Müəllif:Mehin Qasımova/Banco.az

Bu gün Çexiyada ölkə tarixinin ən böyük tətili planlaşdırılır.

Banco.az xəbər verir ki, aksiya milyona yaxın işçinin cəlb olunduğu yüzlərlə müəssisə və firmanı, həmçinin ibtidai və orta məktəblərin 70%-nin əməkdaşlarını əhatə edəcək.

Çexiya-Moraviya Həmkarlar İttifaqları Konfederasiyasının (CMTU) rəhbəri Yozef Ştrşedulanın sözlərinə görə, bu ölkə tarixində ən böyük tətil olacaq. 

"Tətildə məqsəd respublika hökumətini cəmiyyətdə baş verənlər barədə düşünməyə məcbur etməkdir. Əgər onlar hesab etsələr ki, belə bir hərəkəti kənara atmaq olar, sanki fərqinə varılmamış kimi, bu halda cəmiyyətdə əhval-ruhiyyə daha da pisləşə bilər ”, -  deyə Strşeduli  çıxışında bildirib.

Həmkarlar ittifaqlarının əsas qəzəbinə səbəb  parlamentin bu yaxınlarda qəbul etdiyi və dövlət maliyyəsinin yaxşılaşdırılması üçün prezidentin imzaladığı tədbirlər paketi olub. Eyni zamanda, dövlət müavinətlərinin azaldılması, vergi güzəştlərinin ləğvi, bəzi mal və xidmətlər üzrə ƏDV-nin artırılması həmkarlar ittifaqının narazılığına səbəb olub. Həmkarlar ittifaqları və müxalifət hesab edir ki, bu islahatlar inflyasiyanın artmasına gətirib çıxaracaq, iqtisadiyyata mənfi təsir edəcək, vətəndaşların həyat səviyyəsini pisləşdirəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et