Birjalarda son günlər hökm sürən qeyri-müəyyənliklə yanaşı, bu gün Böyük Britaniya və ABŞ-dan önəmli fundamental göstəricilərin də açıqlanması gözlənilir.
Birjalarda qeyri-müəyyənlik
Beynəlxalq maliyyə bazarlarında Amerikanın daxili siyasi vəziyyəti, ABŞ və Çin arasında bu gün başlayacaq növbəti ticarət böhranı müzakirələri və Breksit ilə bağlı qarışıq gözləntilər riskli volatilliyin artmasına səbəb olub.
EUR/USD təqribən son iki həftənin maksimum, GBP/USD məzənnəsi isə minimum səviyyələrində ticarət edilməkdədir.
Böyük Britaniyadan iqtisadi inkişaf və sənaye sektoru göstəriciləri
Bu gün Bakı vaxtı ilə saat 12:30-da Böyük Britaniyadan açıqlanacaq önəmli iqtisadi göstəricilər də investorların diqqət mərkəzindədir. Proqnozlar ada iqtisadi inkişafın və sənaye istehsalının azalmasına işarədir.
ABŞ-dan inflyasiya açıqlanacaqdır
Bununla yanaşı, saat 16:30-da ABŞ-dan dərc ediləcək inflyasiyaya dair önəmli fundamental məlumatlar da böyük maraqla gözlənilməkdədir. İnflyasiyanın 1.7%-dən 1.8%-ə yüksəlməsi proqnozlaşdırılır.
Çinin baş nazir müavinin başçılıq edəcəyi nümayəndə heyətinin bu gün Vaşinqtonda önəmli Amerikalı nazirlərlə görüşü və açıqlamaları da birjalarda ticarət aktivliyinə təsir edəcəkdir.
InvestAz