Bu gün Bakıda Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək.
İki gün davam edəcək forumda ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, sərmayə qoyuluşu, diqqət mərkəzində olacaq. Biznes forumunda həmçinin regional iqtisadi layihələrin perspektivləri və s. məsələlərin müzakirə edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, forumda Azərbaycan rəsmiləri ilə yanaşı, Gürcüstanın da hökumət nümayəndələri, o cümlədən iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava da iştirak edəcək.
report
Bizi sosial şəbəkələrdən izləyin!!
