Bu G7 ölkəsində iqtisadi artım digərlərindən geri qalıb | Banco.az

Bu G7 ölkəsində iqtisadi artım digərlərindən geri qalıb

Tamara Mustafayeva, Banco.az

Böyük Britaniya iqtisadiyyatı pandemiyadan sonra tam bərpa olunmayan yeganə G7 ölkəsi olub.

Banco.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniya Statistika İdarəsinin məlumatlarına görə, ölkədə iqtisadi artım pandemiyadan əvvəlki səviyyədən aşağı qalıb.

İkinci rübdə iqtisadiyyat əvvəlki rüblə müqayisədə 0,2 faiz artıb. Proqnozlar 0,1 faiz azalma olacağını işarə edirdi.

Beləliklə, iqtisadiyyat tənəzzülə girməyib, lakin artım tempi digər G7 ölkələrindən geri qalıb. 

Bu dövrdə iqtisadiyyat əvvəlki ilin eyni rübünə görə 4,4 faiz böyüyüb ki, bu da 2,9 faiz artım qeyd edən proqnozlardan çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Kraliça Elizabetin dəfn mərasiminin və əlavə qeyri-iş günlərinin müəyyənləşdiyi üçüncü rübdə iqtisadiyyatın kiçilməsi gözlənilir. İqtisadçıların fikrincə, növbəti 2 rübdə daha çox azalma ola bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et