İqtisadçı Oqtay Haqverdiyev "üzən məzənnə"ni şərh edib.
Banco.az "ANSPRESS"ə istinadən məlumat verir ki, iqtisadçı Oqtay Haqverdiyev manatın ucuzlaşması ilə bağı məsələyə aydınlıq gətirib.
- Oqtay müəllim əhali çaşqınlıq içindədir. Banklar borcu olanlar, eləcə də bizneslə məşğul olanlar narahatdır. Bu qərar hansı proseslərə təkan verə bilər?
- Məhz idxal və ixracla məşğul olan biznesmenlər əlbəttə ki. onlar bundan əziyyət çəkəcəklər. Çünki, burda yenidən qiymətləndirmə prosesi getməlidir. Bundan həm udanlar, həm də uduzanlar olacaq. Hazırda buna uzən məzənnə deyilər, amma əslində 48% artımın özü devalvasiya deməkdir. Faktiki olaraq bu üzən məzənnə deyil. Əlbəttə ki, burda əhalinin aztəminatlı təbəqələri bundan əziyyət çəkəcəklər. Çünki, bu gün bu elan oluna kimi mən yaşadığım ərazidə fəaliyyət göstərən marketlərdə qiymətlər artdı. Eyni zamanda marketdə çalışanlarda soruşdum ki, bizdə istehsal olunan malların qiyməti artıb, bu mallar idxal olunmayıb axı. Bildirdilər ki, vəziyyət elə gətirib ki, bunu etməliyik.
- Oqtay müəllim bir müddət əvvəl ANS-in efirində proqoz vermişdiz ki, neftin qiyməti 40 dollardan aşağı düşərsə, manat da aşağı düşəcək. Bu proqnoz özünü doğrultdu. Siz bilən manat yenə düşəcək?
– Əgər verilən rəsmi bəyanata diqqət etsək, buna üzən məzənnə deyirlər. Bu adından da bəllidir ki, bu üzə-üzə gedəcək. Yəni üzəri yuxarı yox, aşağıya getməlidir. Çünki, bazar iqtisadiyyatının öz qanunları var. Hər bir şeyi gərək bazar özü tənzimləsin. Düzdür inzibati yollarla da buna müdaxilə etmək olar. Amma belə məsələlərdə, məsələ, valyutanın qiyməti nədir onu gərək bazar müəyyən etsin. Bugünkü gündə hesab edirəm ki, manat artıq öz real qiymətinə doğru gedir. Bun isə zaman göstərəcək.
Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz: