Bu dövlət vətəndaşlarına nağd pul paylayacaq | Banco.az

Bu dövlət vətəndaşlarına nağd pul paylayacaq

Honq Konqdan '"vertolyot pulu" planı

Son dövrdə etiraz nümayişləri və koronavirus epidemiyası ilə mübarizə aparan Honq Konq hökuməti vətəndaşa birdəfəlik fərdi maliyyə yardımını da ehtiva edən büdcə paketi açıqlayıb. 

Yeni paket, xüsusilə turizm və digər sahələrdə davam edən geriləməni önləmək üçün 15.4 milyard dollarlıq büdcə nəzərdə tutur.

Maliyyə Naziri Paul Chan büdcə paketində "çətin şərtlərdə yaşayan" 18 yaş və üzərindəki bütün vətəndaşlara 10 min Honq Konq dolları məbləğində (1284 dollar) fərdi köməyin edilməsinin də yer aldığını açıqlayıb. 

Çinin ölkədəki rolu səbəbilə aylardır davam edən etirazlar, Honq Konq iqtisadiyyatının 10 ildə ilk dəfə durğunluğa girməsinə səbəb olmuşdur. İqtisadçılar koronavirus epidemiyasının da ortaya çıxması ilə iqtisadi tənəzzülün 2020-ci ildə də davam edəcəyini bildirirlər. 

Ən sərfəli kredit üçün müraciət et

Chan "çətin iqtisadi şərtlərin olmasına baxmayaraq, məqsədimiz şirkətləri və iqtisadiyyatı dəstəkləyib xalqın yükünü yüngülləşdirməkdir" deyib.

Chan bu il Honq Konq iqtisadiyyatının 1.5% ilə 0.5% aralığında azalacağını, 2019-da 1.2% azalma olduğunu açıqlayıb.

Honq Konqun "nağd  pul paylama" (vertolyot pulu") planı iqtisadçılar tərəfindən tənqidlərə səbəb olub. İqtisadçılar vətəndaşların bu pulları xərcləyəcəklərindən şübhələnirlərər ki, belə olan halda istehlak da canlanmayacaq.

"Vertolyot pulu" - pul və maliyyə siyasətlərinin iqtisadi artımı və xərcləmələri artıra bilmədiyi vəziyyətlərdə dövlətin vətəndaşlara xərcləmələri məqsədilə əvəzsiz pul verməsidir. 

marja

Ən sərfəli krediti almaq üçün müraciət et