Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da yerləşən çip istehsalçısı "Advanced Micro Devices" (ADM) şirkəti ikinci rübdə 11,2 milyard dollar gəlir əldə edəcəyini açıqlayıb.
Banco.az xəbər verir ki, müharibə ilə bağlı yumşaldıcı açıqlamalarla yanaşı, qlobal səhm bazarlarında yüksəlişin əsas hərəkətverici qüvvələrindən biri olan süni intellekt sahəsindən də bazarları dəstəkləyən xəbərlər gəlməkdədir.
ABŞ-də yerləşən çip istehsalçısı “Advanced Micro Devices” (AMD) ikinci rübdə 11,2 milyard dollar gəlir gözlədiyini açıqlayıb. Bu proqnoz bazar gözləntisi olan 10,5 milyard dolları xeyli üstələdiyi üçün şirkətin səhmləri Nyu-Yorkda 20 faiz artaraq oktyabr ayından bəri ən böyük yüksəlişi qeydə alıb.
Ən böyük rəqibi “Nvidia”dan sonra süni intellekt üçün ikinci ən böyük çip tədarükçüsü olan “AMD”nin nikbin gözləntiləri göstərir ki, şirkət süni intellekt hesablamaları sahəsində ən çox xərcləyən şirkətlərdən sifarişlər alır.
Şirkətin birinci rübdə satışları isə 38 faiz artaraq 10,3 milyard dollara çatıb. Bu göstərici də gözləntiləri üstələyib.
Bizi sosial şəbəkələrdən izləyin!!
