Bu baş verərsə, Rusiyada bahalaşma olacaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bu baş verərsə, Rusiyada bahalaşma olacaq

Müəllif: Gülbəniz Hüseynli/Banco.az

Rusiya iqtisadiyyatı yeni inflyasiya dalğası ilə üz-üzədir.

Banco.az xəbər verir ki, bu barədə açıqlama verən iqtisadçı Oleq Komolovun sözlərinə görə, rublun dollar və digər xarici valyutalar qarşısında dəyər itirməsi, ölkədə qiymətlərin sürətli artımına səbəb olacaq.

Ekspert bildirib ki, ölkəyə xaricdən müxtəlif məhsullar idxal edən şirkətlər artıq məhsullarını dolların məzənnəsini 120-130 rubl arasında nəzərə alaraq göndərirlər. Nəticədə, bu məhsullar mağazalara çatanda onların qiyməti də həmin yüksək məzənnə ilə formalaşacaq.

Bəs hansı məhsullar bahalaşacaq?

Komolovun fikrincə, xaricdən tamamilə idxal olunan, yaxud istehsalı üçün xarici komponentlərdən istifadə edilən bir çox məhsulun qiyməti yaxın zamanda ciddi artacaq. Bu, əsasən, avtomobillər, avadanlıqlar və məişət texnikası kimi məhsulları əhatə edəcək.

Rusiya Mərkəzi Bankının məlumatına əsasən, rublun 10% zəifləməsi inflyasiyanın 0.5 faiz bəndi artmasına gətirib çıxara bilər.