Bu bankların (xalis) mənfəəti artıb | Banco.az

Bu bankların (xalis) mənfəəti artıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 2-si bu ilin I yarısını zərərlə başa vurub.

Bunlar “Bank BTB” və Pakistan Milli Bankının Bakı filialıdır.

Qalan 24 bank isə müxtəlif məbləğlərdə (xalis) mənfəət əldə edib. Onlardan 5-də sözügedən göstərici 12 milyon manatdan çoxdur. Həmin banklar “Kapital Bank” (127,071 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (118,417 milyon manat), “PAŞA Bank” (64,844 milyon manat), “Bank of Baku” (18,501 milyon manat) və “Bank Respublika” (12,511 milyon manat) ASC-lərdir.

Qalan 19 bankdan 12-də (xalis) mənfəət 1-12 milyon manat arasında, 7 bankda isə 1 milyon manatdan azdır.

Renkinq

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et