Bu bankların kapitalı 50 mln. manatdan aşağı düşüb | Banco.az

Bu bankların kapitalı 50 mln. manatdan aşağı düşüb

2017-ci ilin sonuna hesabatlarını açıqlayan bankların maliyyə vəziyyətləri məlum olub. 

Belə ki, bir sıra banklar vəziyyətlərini düzəldə və yaxşılaşdıra bildikləri halda, bəzi banklar ötən illərin çətinliklərindən hələ də, yaxa qurtara bilməyiblər. Göstəricilərin açıqlanması ilə, mənfəətdə və zərərdə olan banklar bəlli olub. Lakin daha pisi, bəzi bankların zərərinin, artıq onların kapitalını əridərək 50 mln. manatdan aşağı salması olub. Bildiyimiz kimi, qanunvericiliklə minimum nizamnamə və cəmi kapital tələbi banklarımız üçün 50 mln. manat həddindədir. Kapitalı minimum tələbdən aşağı düşən banklarımız bunlardır: 

AGBank. Bankın kapitalı 1 il ərzində (2016-cı ilin sonu ilə müqayisədə) 54 mln. manatdan 47 mln. manata düşüb.

Amrahbank. Belə ki, 1 il ərzində Amrahbank-ın kapitalı 10 mln. manata yaxın azalaraq 45,065 mln. manata düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bank VTB Azərbaycan. 2017-ci ilin sonunda bankın cəmi kapitalı 40,117 mln. manat olub. 

Bank Respublika. Bankın kapitalı 2017-ci il dekabrın 31-i tarixinə 37,699 mln. manat olaraq hesabatda əks olunub. Bank yaxın zamanda nizamnamə kapitalını artıracağı barədə açıqlama da verib.

Ölkənin ən böyük banklarından biri olan Bank of Baku-da da son dönəmdə kapital azalması müşahidə olunub (36,587 mln. mant). Lakin bank, tezliklə kapitalını artıraraq bu vəziyyəti kompensasiya edəcəyini və bank sektorundakı gücünü artıracağını bildirib.