Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda fəaliyyət göstərən bankların 2026-cı ilin 2-ci rübünə olan maliyyə göstəricilərinə əsasən bankların 12-nin aktivləri 1 milyard manatdan çox olub.
Banco.az bu barədə bankların maliyyə hesabatlarına istinadən xəbər verir.
Həmin banklar ABB (15,3 milyard manat), Kapital Bank (13,3 milyard manat), PAŞA Bank (9,5 milyard manat), Xalq Bank (2,8 milyard manat), Bank Respublika (2,7 milyard manat), Unibank (2,3 milyard manat), Azər Türk Bank (2,04 milyard manat), AccessBank (1,8 milyard manat), Ziraat Bank Azərbaycan (1,6 milyard manat), Yelo Bank (1,5 milyard manat), Rabitəbank (1,4 milyard manat) və Bank of Baku-dur (1,4 milyard manat).
Bizi sosial şəbəkələrdən izləyin!!
