Tamara Mustafayeva, Banco.az
"JP Morgan" və "Deutsche Bank" məsafədən iş rejimini yenidən bərpa edəcək.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərədə koronavirusun Omikron ştammının aşkar edilməsindən sonra tətbiq edilən məhdudiyyətlər çərçivəsində "JP Morgan" və "Deutsche Bank"ın Londondakı işçiləri yenidən məsafədən çalışmağa başlayacaqlar.
Mövzuya yaxın mənbələrin məlumatına görə, alman investisiya nəhəngi "Deutsche Bank" ofisdə işləyən əməkdaşlarının sayını əsaslı dərəcədə azaltmağa çalışır. Eynilə Amerikanın tanınmış investisiya bankı "JP Morgan" da dünən açıqlama edərək ofisə gəlmələri zəruri olan və olmayan işçilərin müəyyən edilmə mərhələsinə başladıqlarını bildirib.
Qeyd edək ki, hər iki investisiya bankının da İngiltərə minlərlə əməkdaşı fəaliyyət göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!