Bu bankın zərəri 27 dəfə artıb | Banco.az

Bu bankın zərəri 27 dəfə artıb

Müəllif - Aida İsaq, Banco.az

2022-ci ildə Rusiya Mərkəzi Bankının zərəri artıb.

Banco.az xəbər verir ki, bir il əvvəlki 26,3 milyard rubl səviyyəsində qeydə alınan zərərin həcmi 27 dəfə artaraq 721 milyard rubl təşkil edib. Bu barədə Rusiya Mərkəzi Bankının illik hesabatında məlumat verilir. Bankın aktivləri 2021-ci ildəki 52,4 trilyon rubl səviyyəsindən 47,2 trilyon rubla enib. Mərkəzi Bank həmçinin Rusiyanın xarici borcunun 2007-ci ilin birinci rübündən bəri son 15 ilin ən aşağı səviyyəsinə düşdüyünü bildirib. 

Qeyd edək ki, bundan öncə mərkəzi bank yuanın ruslar arasında ən populyar əmanət valyutası siyahısına daxil olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram