Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın "Goldman Sachs" bankının xalis mənfəəti ikinci rübdə 150 faiz artıb.
Banco.az xəbər verir ki, ABŞ-ın "Goldman Sachs Group Inc" bankı ikinci rüb üzrə balans hesabatını açıqlayıb.
Hesabata görə, bankın xalis mənfəəti sözügedən dövrdə 150 faiz artaraq 3,04 milyard dollara çatıb. Ötən ilin eyni dövründə bankın xalis mənfəəti 1,22 milyard dollar təşkil edirdi.
İlin ikinci rübündə bankın səhm üzrə gəliri 8,62 dollara yüksəlib.
"Goldman Sachs"ın gəlirləri isə 12,73 milyard dollara yüksəlib. Bank 2023-cü ilin ikinci rübündə 10,9 milyard dollar gəlir əldə etmişdi.
Baş ofisi Nyu-Yorkda yerləşən bankın investisiya bankçılıq gəlirləri də 21 faiz artaraq 1,73 milyard dollara çatıb. Proqnozlar isə 1,8 milyard dolları göstərirdi.
Qeyd edək ki, bankın baş direktoru David Solomon ikinci rüb göstəricilərindən və ilin birinci yarısındakı fəaliyyətlərindən razı qaldıqlarını bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!