Tamara Mustafayeva, Banco.az
Bank of America (Amerika Bankı) FED-in faiz artımlarının təsirindən ötən 10 ilin ən yüksək rüblük faiz gəlirini açıqlayıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, üçüncü rübdə bankın xalis faiz gəliri 24 faiz artaraq 13,8 milyard dollara çatıb ki, bu da yüksək faiz dərəcələri və kredit artımı ilə bağlıdır. Analitiklər 23 faiz artım gözləyirdilər.
Bankın mənfəəti isə bu dövrdə 8 faiz azalaraq 7,1 milyard dollar və ya hər səhmə görə 81 sent olub. Analitiklər səhmbaşına 78 sent gözləyirdilər.
Gəlirlər də 7,6 faiz artaraq 24,5 milyard dollara çatıb.
Xatırladaq ki, ötən həftə balans hesabatlarını açıqlayan "JPMorgan Chase", "Morgan Stanley", "Citigroup" və "Wells Fargo" da xalis faiz gəlirlərini artırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!