Bu bankın səhmləri ucuzlaşıb | Banco.az

Bu bankın səhmləri ucuzlaşıb

Müəllif - Aida İsaq, Banco.az

Martın 15-nə olan məlumatlara əsasən İsevçrə bankı “Credit Suisse”nin səhmləri 25 faiz ucuzlaşaraq tarixi minimumunu yeniləyib. 

Banco.az xəbər verir ki, şirkətin qiymətli kağızlarının dəyəri bir səhm üçün 1,7 İsveçrə frankı səviyyəsinə düşüb. “Bloomberg”in məlumatına görə, sözügedən bankın qiymətli kağızlarının bu cür enişi ən böyük səhmdarın - Səudiyyə Milli Bankının əlavə investisiyalardan imtina etməsi ilə bağlı olub. Bundan əvvəl, rekord itkilər və müştərilərin kütləvi axını fonunda “Credit Suisse” ən qocaman və böyük səhmdarlarından birini itirib.

Qeyd edək ki, daha öncəki rekord səviyyə martın 13-də bir səhmin qiymətinin 2,1 frank həddinə çatması ilə qeydə alınıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram