Bu bankın səhmləri bahalaşıb | Banco.az

Bu bankın səhmləri bahalaşıb

Müəllif - Aida İsaq, Banco.az

“Sberbank”ın səhmləri 2022-ci ilin maliyyə hesabatının dərc edilməsi fonunda bahalaşıb. 

Banco.az xəbər verir ki, bankın səhmlərinin qiyməti 0,2 faiz artaraq 174,4 rubl təşkil edib. Eyni zamanda, imtiyazlı səhmlər 0,5 faiz artaraq 173,28 rubl səviyyəsinə yüksəlib.

Məlumata görə, sözügedən maliyyə qurumu ötən ili 270,5 milyard rubl xalis mənfəətlə başa vurub. Kapital həcmi 5,8 trilyon rubla, qrupun kapital adekvatlığı isə ekspertlərin proqnozlarını üstələyərək 14,8 faizə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram