Bu bankın kredit portfelinin 75%-i təminatsızdır | Banco.az

Bu bankın kredit portfelinin 75%-i təminatsızdır

Ləğvetmə prosesində olan “Gəncəbank” ASC-nin kredit portfeli 104 mln. manatdır.

Bu barədə Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, bu məbləğ 1 083 fiziki və hüquqi şəxsə verilib: "Bunlardan 207 kredit və yaxud 1,7 mln. manat standard, 876 kredit və yaxud 102 mln. manat isə qeyri-standart kreditlərdir. Ümumilikdə, kredit portfelinin 78 mln. manatı və yaxud 281 ədədi təminatsız kreditlərdir".

Ən sərfəli kredit üçün müraciət et

A.Cavadov onu da qeyd edib ki, “Gəncəbank”ın öhdəlikləri 61 mln. manatdır: “Bunun 39 mln. manatı İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu, 7,5 mln. manatı Azərbaycan Mərkəzi Bankı, 2,6 mln. manatı fiziki şəxslər, 10,7 mln. manatı isə hüquqi şəxslər qarşısında olan öhdəliklərdir. Yəni, fiziki və hüquqi şəxslərin alacaqları 13,3 mln. manatdır ki, bu da ümumilikdə 2 114 kreditora məxsus tələblərdir”.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et