PAŞA Bank 2014-cü ilin dekabrına olan maliyyə nəticələrini mətbuat ilə paylaşıb. Ötən il ərzində bir sıra nailiyyətlər ilə yadda qalan Bankın, balansında da ciddi dəyişiklər baş verib. Bir il ərzində Bankın məcmu kapitalı 46% artaraq, 332, 959 milyon manat olub. Həmin müddət ərzində bankın aktivləri isə 81% artıb və 1,278 milyard təşkil edib.
Bankın kredit portfelində artım isə 64% təşkil edib. Müddətli depozitlərin həcmi 19% artdığı halda, müştərilərin cari hesabları 3 dəfə, 2015% artmışdır.
Hazırda Bankın 321 əməkdaşı və 2 filial strukturu vardır. Xidmət şöbələrinin sayı 8, bankomatların sayı isə 26-dır. Bankın plastik kartlarının sayı 15 239 ədəddir.