Müəllif - Aida İsaq, Banco.az
“Sovcombank”ın dördgünlük iş həftəsinin tətbiqi ilə bağlı təcrübəsi uğurlu olub.
Banco.az xəbər verir ki, sözügedən bankın bu istiqamətdə olan təcrübəsi 2022-ci ilin fevralından başlayıb. Birinci mərhələdə Türkiyənin “Sovcombank Technologies” şirkətinin və “back-ofis”in əməkdaşları həftənin dörd günü çalışmağa başladı. Daha sonra qrupun Soçidəki törəmə şirkətləri eksperimentə qoşuldu.
Araşdırmaya əsasən məlum olub ki, dörd günlük iş həftəsi ərzində əməkdaşların 76 faizi tapşırıqları uğurla yerinə yetirib. 20 faizi isə iş normasını artıqlaması ilə yerinə yetirib. Təcrübə iştirakçılarının yalnız dörd faizi tapşırıqların öhdəsindən gələ bilməyib.
Cari ildə “Sovcombank” bu istiqamətdə çalışacaq işçilərin sayını üç dəfə artırmağı planlaşdırır.
Bizi sosial şəbəkələrdən izləyin!!