Bu bankçılıq nəhənginin xalis gəliri 10 ilin pik həddinə çatıb | Banco.az

Bu bankçılıq nəhənginin xalis gəliri 10 ilin pik həddinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Commerzbank” bu ilki xalis mənfəətin 2022-ci ilin göstəricisindən xeyli çox olacağını düşünür.

Banco.az xəbər verir ki, Almaniyanın bankçılıq nəhəngi “Commerzbank”ın 2022-ci il üzrə xalis gəliri artan faiz dərəcələrinin təsirindən ötən 10 ilin ən yüksək səviyyəsinə çatıb. 

Mənzil-qərargahı Frankfurtda yerləşən bank bildirib ki, dördüncü rüb üzrə əldə etdikləri xalis gəlir 472 milyon avro təşkil edib ki, bu da analitiklərin gözləntilərindən xeyli yüksək məbləğdir. Oktyabr-dekabr dövründə xalis faiz gəliri isə 1,96 milyard avroya yüksəlib.

Bununla yanaşı, bank ötən il 1,4 milyard avro (1,5 milyard dollar) xalis mənfəət əldə edib.

Ən sərfəli kredit üçün müraciət et

“Commerzbank” rəsmilərinin fikrincə, artan faiz dərəcələri Avropalı kreditorlar üçün əlverişli şərait yaratdığından bank 2023-cü ildə ötən ilki xalis mənfəətdən əhəmiyyətli dərəcədə daha çox qazanc əldə edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et