Müəllif - Aida İsaq, Banco.az
Beynəlxalq İslam İnkişaf Bankı Tacikistana 450 milyon dollarmaliyyə vəsaiti ayıracaq.
Banco.az xəbər verir ki, bu barədə Mərkəzi Asiya Respublikasının İqtisadi İnkişaf və Ticarət Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb. Müvafiq məbləğin ölkədə iqtisadiyyatın prioritet sektorlarında layihələrin icrası üçün xərclənəcəyi məlum olub. Bununla yanaşı, vəsaitin yaşıl energetikanın inkişafına, yolların və təhsil müəssisələrinin tikintisinə, kənd təsərrüfatı torpaqlarının suvarılmasına, toxuculuq müəssisələrinin və logistik mərkəzlərin yaradılmasına, məhsulların istehsalına yönəldiləcəyi bildirilir.
Qeyd edək ki, 1973-cü ildə yaradılan İslam İnkişaf Bankına Əfqanıstan, İraq, Qabon, Mozambik də daxil olmaqla 57 ölkə daxildir. Ən böyük səhmdarı isə Səudiyyə Ərəbistanıdır. Tacikistan bu kredit təşkilatına 1996-cı ildə qoşulub.
Bizi sosial şəbəkələrdən izləyin!!