Bu bank minlərlə işçisini ixtisar edəcək | Banco.az

Bu bank minlərlə işçisini ixtisar edəcək

Tamara Mustafayeva, Banco.az

İspaniyanın ən böyük banklarından biri olan Caixabank 8 min 291 əməkdaşı ilə yollarını ayıraraq filial şəbəkəsini 27% azaltmağı planlaşdırır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ötən ilin sentyabr ayında Bankia ilə birləşərək ölkənin ən böyük banklarından birinə çevrilən Caixabank "Müvəqqəti Məşğulluq Tənzimlənməsi" çərçivəsində 8 min 291 işçini ixtisar edəcəyini açıqlayıb.

İspan bankçılıq sektorunda bu vaxta qədərki ən böyük işçi ixtisarına imza atacaq Caixabank sözügedən proqram çərçivəsində ümumi personal sayını 18% azaltmış olacaq.

Qeyd edək ki, işdən çıxarılacağı planlaşdırılan 8 min 291 nəfərin yarısının 50 yaşından aşağı işçilər arasından seçiləcəyi, eyni zamanda da könüllü olaraq işdən çıxmaq istəyənlər üçün proseduranın asanlaşdırılacağı bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram