ABŞ-ın ən iri investisiya banklarından olan J.P.Morgan metaversedə filial açan ilk bank oldu. J.P.Morgan virtual filialı Decentraland platformasında açıb. Virtual filial «Onyx» Metajuku ticarət mərkəzindəki istirahət zonasında yerləşdirilib. Hazırda filial ziyarətçiləri real bank xidmətləri ala bilməsələr də, onlar J.P.Morgan-ın icraçı direktoru Jamie Dimon-un kriptovalyutalar haqqında təqdimatlarını görə biləcəklər.
J.P.Morgan metaverse üçün perspektivlər haqqında (“Opportunities in the metaverse”) hesabat dərc edib. Hesabatda Bank analitikləri 2021-ci ilin iyun ayından dekabr ayına qədər Decentraland platformasında virtual torpağın orta qiymətinin 6,000 dollardan 12,000 dollara qədər artdığını qeyd ediblər. Onların proqnozuna görə, 2027-ci ilə qədər bu sektorda oyundaxili reklam xərcləri 18,4 milyard dollara çatacaq.
kriptoinvest.az
Bizi sosial şəbəkələrdən izləyin!!
