Bu bank kriptovalyutaya 200 milyon dollar investisiya qoydu | Banco.az

Bu bank kriptovalyutaya 200 milyon dollar investisiya qoydu

Tamara Mustafayeva, Banco.az

"SoftBank" Braziliyanın "Mercado Bitcoin" adlı kriptovalyuta birjasına böyük məbləğdə investisiya qoyuluşu həyata keçirib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Yaponiyanın texnologiya və investisiya bankı "SoftBank" Latın Amerikasının ən böyük kriptovalyuta birjalarından biri olan "Mercado Bitcoin"ə 200 milyon dollar sərmayə yatırıb. Bu hadisədən sonra sözügedən birjanın ana şirkəti olan "2TM Group"un bazar dəyəri 2.1 milyard dollara yüksəlib.

Qeyd edək ki, 2013-cü ildən bəri fəaliyyətini davam etdirən "Mercado Bitcoin"in 2,8 milyon istifadəçisi var. İlin ilk 5 ayı ərzində istifadəçi sayını 700 min nəfər artırmağa müvəffəq olan bu kriptovalyuta birjası investisiya qoyuluşu nəticəsində əldə edilən vəsaiti infranstruktur üzrə xərcləyəcəyini açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram