Bu bank ilin sonuna kimi ləğv olunacaq | Banco.az

Bu bank ilin sonuna kimi ləğv olunacaq

“Qafqaz İnkişaf Bankı” ASC-nin ləğv edilməsi prosesi bu ilin sonuna qədər yekunlaşacaq.

Bu barədə Bankda yaradılmış Kreditorlar Komitəsinin bu gün keçirilən ilk iclasında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov bildirib.

Onun sözlərinə görə, “Qafqaz İnkişaf Bank”ın bütün kreditorları pullarını tam alacaqlar: “Bu bankın kreditorları digər bağlanmış banklarla müqayisədə şanslıdır”.

A.Cavadov onu da qeyd edib ki, “Qafqaz İnkişaf Bankı”da vəziyyət yaxşı olduğu üçün Kreditorlar Komitəsinin aktiv fəaliyyətinə, ona sədr və iclasa katib seçilməsinə də ehtiyac yoxdur: “Bu bankla işimizi tezliklə yekunlaşdırmaq niyyətindəyik. Ola bilsin ki, portfeli hansısa banka, məsələn “PAŞA Bank”a ötürək, onlar idarə etsin”.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, Bankın öhdəlikləri 85 mln. manatdır: “Bunun 41,3 mln. manatı Azərbaycan Mərkəzi Bankı qarşısında olan öhdəlikdir, qalan hissəsi isə digər fiziki və hüquqi şəxslərin alacaqlarıdır. Bundan sonra onlara 22 mln. manat pul ödənilməlidir”.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et