“Kapital Bank ASC”nin 31 dekabr 2016-cı il tarixinə maliyyə nəticələri məlum olub. Bank, bu göstəriciləri rəsmi saytında yayımlayıb.
Banco.az bankın rəsmi maliyyə məlumatlarına əsasən xəbər verir ki, 2016-cı ilin yekununda bankın aktivləri 3 mlrd. 96 mln. 690 min 920 manat olub.
Bankın aktivləri keçən ilin 3-cü rübü ilə müqayisədə 10,3% artıb.
2015-ci ilin yekunu ilə müqayisədə 2016-cı ilin yekununda bankın ümumi aktivlərində 53,5% yəni, 1 mlrd. 79 mln. 325 min manat artım olub.
Bankın "balans hesabatı"na əsasən sözügedən dövrdə müştərilərə verilən kreditlər 1 mlrd. 267 mln. 11 min 530 manat təşkil edib. Bu isə 30 sentyabr 2016-cı il göstəriciləri ilə müqayisədə 61 mln. 913 min manat çoxdur. 30 iyun göstəricilərində isə bankın kredit portfeli 1 mlrd. 180 mln. 736 min manat həcmində idi.
Bankın cəmi aktivlərinin 30 mln manatını banklara verilən kreditlər, 857 mln. 817 min 400 manatını banklar da daxil olmaqla maliyyə institutlarındakı depozitləri təşkil edib.
Keçən ilin son rübündə bankın depozit portfeli 1 mlrd. 916 mln. 456 min 16 manat həcmində olub. Bankların və digər maliyyə müəssisələrinin depozitləri isə 575 mln. 544 min 420 manat təşkil edib.
2016-cı il tarixinə Kapital Bank ASC-nin kapitalı 282 mln. 166 min 89 manat həcmində qeydə alınıb.
2015-ci ilin yekunu ilə müqayisədə isə bankın kapitalında azalma qeydə alınıb. bu da 3,4% təşkil edir.
Bank 2016-cı ilin son rübünü 52 mln. 384 min 850 manat xalis mənfəətlə başa vurub.
“Kapital Bank” ASC-nin səhmlərinin 99.87%-i "Paşa Holdinq"-ə aiddir. Bankın nizamnamə kapitalı 185 mln. AZN-dir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur.