Bu bank ABŞ-ın artım proqnozunu aşağı salıb | Banco.az

Bu bank ABŞ-ın artım proqnozunu aşağı salıb

Tamara Mustafayeva, Banco.az

"Goldman Sachs Group" ABŞ-ın 2023-cü il üzrə iqtisadi artım proqnozlarını aşağı salıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın transmilli investisiya bankı "Goldman Sachs"in iqtisadçıları tərəfindən cümə günü yayımlanan qeyddə ölkənin 2023-cü ildə 1,1 faiz böyüməsinin gözlənildiyi əks olunub.

İqtisadçıların əvvəlki proqnozu 1,5 faiz idi. 2022-ci il proqnozu isə dəyişməz olaraq 0 faiz səviyyəsində saxlanılıb.

Bank işsizlik səviyyəsi ilə bağlı gözləntilərini də artırıb. Əvvəlki 3,6 faizlik proqnoz artırılaraq işsizliyin 2022-ci ilin sonuna qədər təxminən 3,7 faiz olacağının gözlənildiyi qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et