Bu bank 43 ildən sonra ilk dəfə zərər açıqlayıb | Banco.az

Bu bank 43 ildən sonra ilk dəfə zərər açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Bundesbank” (Almaniya Mərkəzi Bankı) 43 ildən sonra ilk dəfə zərərə uğradığını açıqlayıb.

Banco.az xəbər verir ki, Almaniya Mərkəzi Bankı (Bundesbank) faiz dərəcələrinin artması səbəbindən istiqrazlarının devalvasiyaya uğramasına görə ötən il 1979-cu ildən bəri ilk dəfə zərər ilə üzləşib.

“Bundesbank” prezidenti Yoahim Nagel Frankfurtda keçirdiyi mətbuat konfransında bankın 2022-ci il üzrə hesabatını ictimaiyyətə təqdim edib.

Hesabatda sözügedən 172 milyon avro dəyərindəki zərərin risk ehtiyatları ilə kompensasiya edildiyi, ancaq faiz artımlarının davam etməsi və indiyədək görülməmiş səviyyədə yüksək inflyasiyanın balansdakı istiqrazların devalvasiyasına gətirib çıxarması səbəbindən zərərin gələcək illərdə daha da artacağı qeyd olunub.

Ən sərfəli kredit üçün müraciət et

Nagel bildirib ki, ötən il üzləşdikləri zərər və növbəti illərdə bankın gəlirlərinin yaxşılaşması son bir neçə ildə həyata keçirilən qeyri-adi ekspansion pul siyasətinin nəticəsidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et