Bu ay İstanbulda inflyasiya 79,7 faiz olub | Banco.az

Bu ay İstanbulda inflyasiya 79,7 faiz olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

İstanbulda yanvar ayında pərakəndə satış qiymətləri əvvəlki ilin eyni ayına görə 79,67% artıb.

Banco.az xəbər verir ki, İstanbul Ticarət Palatası (İTO) yanvar ayı üzrə pərakəndə və topdansatış qiymət artımı məlumatlarını açıqlayıb.

Bu məlumatlara əsasən, Türkiyənin ən böyük şəhərində pərakəndə qiymət hərəkətlərinin göstəricisi olan İstanbul Maaş Dolanışıq İndeksi əvvəlki aya görə 5,94 faiz, topdansatış qiymətləri hərəkətlərini əks etdirən Topdansatış Qiymətləri İndeksi isə 5,52 faiz artım göstərib.

Yanvarda pərakəndə satış qiymətləri əvvəlki ilin eyni ayına görə isə 79,68 faiz, topdansatış qiymətləri də 80,45 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Pərakəndə satış qiymətlərində əsas artım 23,94 faizlə nəqliyyat və rabitə xərclərində qeydə alınıb. Topdansatış qiymətləri üzrə əsas artım isə 19,48 faizlə xammal qrupunda müşahidə olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et