Bu avtomobilləri sığortalamaq baha başa gələcək | Banco.az

Bu avtomobilləri sığortalamaq baha başa gələcək

Banco.az saytı olaraq 2015-ci il üçün sığorta xərcləri ən baha olan avtomobillər haqqında araşdırma etmişik. 

Kasko Sığortası istənilən növ nəqliyyat vasitəsini (yüngül və yük avtomobilləri, avtobus, motosikl, kənd-təsərrüfatı texnikası və s.) qaçılmaz xərclərdən sığortalamağa imkan verir - belə ki, yol qəzası, nəqliyyatın oğurlanması və digər sığorta hadisələri nəticəsində baş verən zərərə görə təmir və bərpa xərclərini ödəməkdə sığorta şirkəti köməyə gəlir. 

İcbari avtomobil sığortası ilə müqayisədə KASKO könüllü avtomobil sığortası bir çox üstünlüklərə malikdir. Belə ki, əgər yol-nəqliyyat hadisəsi müştərinin təqsirindən baş veribsə, icbari sığorta yalnız üçüncü şəxslərə dəyən ziyanı kompensasiya edir, müştərinin nəqliyyat vasitəsinin təmiri xərcləri isə bura daxil deyil. KASKO sığortası sayəsində bütün bu kimi hallarda Siz öz avtomobilinizi də sığortalamış olacaqsınız.

Lakin avtomobillərin markalarına görə sığorta qiymətləri də dəyişir. Araşdırmalar nəticəsində qənaətə gəldik ki, aşağıdakı 10 avtomobilin sığorta qiymətləri digəri ilə müqayisədə kəskin bahadır. Məlumatları əldə edərkən əsasən xarici saytlara müraciət etmişik. Bu səbəbdən qiymətlər yerli göstəricilərlə üst-üstə düşməyə bilər.

  1. Nissan GT-R Nismo - $3,574
  2. Ən sərfəli kredit üçün müraciət et

    ana,geneva,sans-serif">Mercedes-Benz SL65 AMG – $3,573 
  3. Dodge SRT Viper - $3,318 
  4. Porsche 911 Carrera S Cabriolet - $3,216 
  5. Audi R8 5.2 Spyder Quattro - $3,206 
  6. Porsche Panamera Turbo Executive - $3,174 
  7. BMW 760Li - $3,147 
  8. BMW M6 Convertible - $3,115 
  9. Mercedes-Benz E63 AMG 4Matic Wagon – $3,042
  10. Mercedes-Benz CLS63 AMG 4Matic – $2,972

Ən sərfəli krediti almaq üçün müraciət et