Bu avtomobil şirkətinin istehsal həcmi rekord vurub | Banco.az

Bu avtomobil şirkətinin istehsal həcmi rekord vurub

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Toyota” şirkəti aprel ayında rekord istehsal həyata keçirib.

Banco.az xəbər verir ki, yapon avtomobil istehsalçısı “Toyota”nın qlobal istehsal həcmi aprel ayı rəzində ötən ilin eyni dövrü ilə mqayisədə 13,8 faiz artım göstərib.

Belə ki, avtomobil nəhənginin yenilənmiş balans hesabatına görə, şirkətin qlobal istehsalı 13,8 faiz artaraq 787 min 800 ədəd olub. Bu göstərici aylıq əsasda rekord sayılır.

Qeyd edilib ki, şirktin Çin və Şimali Amerika bölgələri də daxil olmaqla xarici ölkələrdəki istehsal həcmi 14,7 faiz rtaraq 514 min 738 ədəd, yerli istehsalı isə 12,2 faiz artaraq 273 min 62 ədəd hesablanıb.

Bildirilib ki, istehsal həcminin artmasında pandemiyanın yerli iqtisadiyyatlara mənfi təsirləri və yarımkeçirici təchizatı probleminin azalması ilə nəqliyyat vasitələrinə tələbatın güclənməsi rol oynayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et