Tamara Mustafayeva, Banco.az
"Nissan" ötən 3 ildə ilk dəfə mənfəət əldə edə bilər.
Banco.az xarici mətbuata istinadla bildirir ki, yapon avtomobil istehsalçısı "Nissan" 2022-ci ilin mart ayında başa çatmalı olan 2021 maliyyə ilində mənfəət gözlədiklərini açıqlayıb.
Mərkəzi ofisi Yokohamada yerləşən şirkət 60 milyard yen xalis zərər proqnozunu yeniləyərkən, eyni zamanda mövcud maliyyə ilində 60 milyard yen (546 milyon dollar) xalis mənfəət gözlədiklərini bildirib. Əməliyyat mənfəətinin isə ötən ilə nəzərən 24% artımla 150 milyard yen (1.36 milyard dollar) olması hədəflənir.
Qeyd edək ki, "Nissan" 2021 maliyyə ili üzrə daha əvvəl açıqlanan 4,4 milyonluq satış hədəfinə hələ də sadiq qalır.
Bizi sosial şəbəkələrdən izləyin!!