Bu avtomobil şirkəti külək elektrik stansiyası inşa edəcək | Banco.az

Bu avtomobil şirkəti külək elektrik stansiyası inşa edəcək

Tamara Mustafayeva, Banco.az

"Mercedes" firması Almaniyanın Saksoniya əyalətində külək elektrik stansiyası inşa edəcək.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Alman avtomobil istehsalçısı "Mercedes-Benz"in bu ölkədəki obyektlərinin illik tələbatının 15 faizindən çoxunu ödəmək üçün 100 meqavat elektrik enerjisi istehsal edə bilən külək elektrik stansiyası qurmağı planlaşdırdığı məlum olub.

Şirkətdən edilən açıqlamaya görə, Almaniyanın Aşağı Saksoniya əyalətinin Papenburq şəhərində tikintisi planlaşdırılan sözügedən elektrik stansiyasının qurulması və ərazinin ekoloji cəhətdən davamlı istifadəsinin planlaşdırılması üçün yerli hakimiyyət orqanları ilə birgə işləyəcəklər.

Xatırladaq ki, Papenburqdakı təxminən 800 hektara yaxın sahədə 1998-ci ildən bəri "Mercedes-Benz"in Ar-Ge fəaliyyəti həyata keçirilir.

Digər tərəfdən, Avropanın ən böyük iqtisadiyyatına sahib və enerji idxalında Rusiyadan əsaslı dərəcədə asılı olan Almaniya Moskvanın “Şimal axını 1” boru kəməri ilə qaz axınını dayandırmaq qərarından sonra enerji böhranı ilə üzləşmişdi. Bunun nəticəsində ölkədə enerji xərclərinin artması isə həm inflyasiyanı, həm də ayrı-ayrı şirkətlər üzərindəki təzyiqi gücləndirməkdədir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et